Azərbaycan Dövlət Aqrar Universiteti “Məktəbguşəsi.az” saytının “Hansı universitetdə payız imtahan sessiyası şəffaf keçirilir” adlı sorğuda birinci yerə sahiblənib.

 

ADAU-nın mətbuat xidmətinin xəbərinə görə, bu barədə diplom bu gün   rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova təqdim olunub. Bu məqsədlə keçirilən toplantıda rektor  bildirib ki, təhsil müəssisəsinin bütün uğurları, bazar rəqabətli kadr hazırlığı ilk növbədə şəffaf təhsil mühitindən  keçir. Şəffaflıq üçün isə şərait və baza olmalıdır. Biz kollektiv olaraq gərəkən işləri görmüşük. Bununla yanaşı İbrahim Cəfərov son bir neçə ildə dövlətin dəstəyi ilə təhsil müəssisəsində həyata keçirilən işlərdən də ətraflı danışıb.

 

“Məktəbguşəsi.az” saytının baş redaktoru Məzahir Məmmədli çıxışında nominasiyalı sorğunun mahiyyətindən, gedişindən, səslərin sayından bəhs edib. Bildirib ki, sorğuda 11.485 nəfər iştirak edib, ADAU 1.829 səslə birinciliyi qazanıb. İkinci yerə İqtisad Universiteti, 3-cü yerə isə ADPU sahiblənib.