Torpağın oyandıgı, təbiətin canlandığı gün


Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz  bərabərləşir. Bu vaxt  qış yerini yaza verir. Beləliklə Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə qeyd edilir. Deməli, Novruz əslində yazın, baharın ilk günü, torpağın oyanması, təbiətin canlanması bayramıdır.

 

Milli adət-ənənələrimizdə özünəməxsus yeri olan Novruz  bayramının gəlişi münasibətilə oxucularımızı və onların timsalında bütün xalqımızı səmimi qəlbdən təbrik edir, can sağlığı, səadət, bahar təravətli günlər diləyirik!

 

 

Novruz bayramınız mübarək!