“Bizim müəllim” layihəsi bu dəfə Bərdə rayonu Bəcirəvan kənd tam orta məktəbin coğrafiya müəllimi İmamverdi Əliyevi təddim edir. “Müəllim olmaq mənim üçün tədris etdiyim fənni və şagirdlərimi sevmək deməkdir” deyən İmamverdi Əliyev 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 54 bal toplayıb.

 

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.