Naxçıvan Dövlət Universitetində “Baba Nemətullah Naxçıvani: mühiti və dünyagörüşü” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında 2018-ci il 29 oktyabr tarixli sərəncamını diqqətə çatdırıb.

 

Fəlsəfə və sosial iş kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Abbas Əhmədov “Baba Nemətullah Naxçıvaninin mühiti və müasirləri” mövzusunda çıxış edərək alimin elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olduğunu bildirib. Nəzərə çatdırılıb ki, Şərqin böyük filosofu Nemətullah Naxçıvaninin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə islam dini dünyagörüşü vəhdət təşkil edib.

 

Sonra “Fəlsəfə və sosial iş” kafedrasının baş müəllimi Bağır Babayev “Baba Nemətullah Naxçıvaninin fəlsəfi dünyagörüşü” mövzusunda çıxış edib.