“Məktəblilərin gənc Şerloku” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbir  Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və “3 alma” nəşriyyatının birgə təşkilatçılığı ilə reallaşıb.

 

Mərasimdə kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova müsabiqə barədə  məumat verib və yarışmada uğur qazanan qalibləri təbrik edib.

 

Sonra müsabiqə qalibləri mükafatlandırılıb.

 

Müsabiqənin keçirilməsində məqsəd yeniyetmə və gənclərin  istedadlarını üzə çıxarmaq, həmçinin onların kitab və mütaliəyə olan maraqlarını artırmaqdır.

 

Sifai SƏFƏROVA