Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “ABU Arena”da idman rəqsləri üzrə Bakı şəhər çempionatı  keçirilib.

 

Yarışa qatılan 14 idmançı “Olimp”, “Aypara” və “Rovesnik” idman klublarını təmsil edib.

 

Yarışda “Yeniyetmələr II” - Standart Avropa və Latın Amerika proqramı üzrə Fərid İbrahimov və Zərəc Tlepova, “Böyüklər” və “Yeniyetmələr” - Standart Avropa və Latın Amerika proqramı üzrə Emil Ağayev və Nərmin Teymurova birinci yeri qazanıblar.

 

Qaliblərə diplom və xatirə hədiyyələri  təqdim olunub.

 

Sifai SƏFƏROVA