Bakı Dövlət Universitetinin tələbələrinin startap layihəsi suyun fotokimyəvi metodla üzvi birləşmələrdən və digər çirkləndiricilərdən təmizlənməsi üçün fotokartalizatordur. LightCat katalizatorunu tətbiq etməkdə məqsəd insan sağlamlığını qorumaq, suyun təmizlənməsinə ayrılan vəsaiti azaltmaqla ölkə iqtisadiyyatına yüksək gəlir gətirmək, çayların, göllərin, nohur sularını təmizləməklə içməli su mənbələrinin sayını artırmaq və ölkəmizdə turizmin inkişafını sürətləndirməkdir.