Akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdləri üçün AMEA-nın Botanika İnstitutunda "açıq dərs" keçirilib.

 

"Açıq dərs"də institutun Alqologiya və lixenobriologiya laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Şəkər Muxtarova bitkilərin növ müxtəlifliyi, Azərbaycanın Qırmızı kitabı və endem bitkiləri haqqında məruzə ilə çıxış edib. Ş.Muxtarova məruzəsində Azərbaycan florasına aid endem və nadir, eləcə də dərman və s. bitkilərin təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemlərindən geniş söz açıb.   

 

Biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxni isə  Azərbaycanın zəngin bitki müxtəlifliyi, onların qorunması və tədqiqində müəssisənin Herbari Fondunun rolu barədə ətraflı məlumat verib, burada saxlanılan bəzi tarixi nüsxələri göstərib.    Mikologiya və alqologiya üzrə yenilənmiş herbari kolleksiyası, Botanika Muzeyində nümayiş olunan Hirkan meşələrinin bəzi relikt ağac növlərini əks etdirən "Azərbaycanın yaşıl xəzinəsi" adlı sərgi və interaktiv xəritə məktəblilər tərəfindən böyük maraqla qarşılanıb.

 

 

Samirə KƏRİMOVA