Bakı Modern Təhsil Kompleksinin kitabxanasında  Sevinc  Nuruqızının yaradıcılığına həsr edilmiş “Uşaq dünyasının Sevinci” adlı tədbir  keçirilib. Tədbiri giriş sözü ilə kompleksin  direktor müavini  Nigar Əliyeva açaraq  uşaqların coşqun və qaynar həyatını hər zaman öz əsərlərində qələmə alan Sevinc Nuruqızının yaradıcılığı haqqında məlumat verib. Bildirilib ki, onun uşaq mövzusunda olan bədii qələm məhsulları  dilinin şirinliyi, rəvanlığı, orijinal üslubu ilə diqqəti cəlb edir.  Uşaqlar üçün otuzdan çox kitab çap etdirən şairin bir sıra şeirləri, “Muradın yuxusu”, “Ağca və Cuppulu” əsərləri şagirdlər tərəfindən səhnələşdirilib. 

 

Sonra  şagirdlər müəllifin əsərlərindən ibarət səhnəcik nümayiş etdirib, şeirlər söyləyiblər. Uşaqlar əsərlərini sevə-sevə oxuduqları şairə maraqlı suallarını da ünvanlayıblar.

 

Sonda kitabxana rəhbəri Ziba Şahbazova S. Nuruqızına dəvəti qəbul edib görüşə gəldiyi üçün minnətdarlığını bildirib.

 

Sifai SƏFƏROVA