Ali məktəbi bitirmədən


Rusiyada pedaqoji ali məktəblərin tələbələri diplom alana qədər peşəkar müəllimlik fəaliyyətlərinə başlaya biləcəklər. Bu barədə müvafiq qanun layihəsi Dövlət Dumasına təqdim olunub.  Rusiya Prezidentinin tapşırığına müvafiq olaraq işlənib hazırlanan layihə  tələbələrin  ümumtəhsil fəaliyyətinin həyata keçirilməsində iştirakının təmin olunmasına yönəlib.  Tələbələrin pedaqoji fəaliyyətə buraxılmasının qayda və şərtləri Maarif Nazirliyi, Təhsil və Elm Nazirliyi, Əmək Nazirliyi tərəfindən müəyyən olunur.  


Hazırda orta məktəblərdə işə  orta peşə təhsil və ali məktəblərin  məzunları qəbul olunur.  Yeni qanun layihəsinə əsasən isə  tələbələr orta məktəblərdə işlədiklərinə görə maaş alacaqlar.


Qeyd edək ki, Maarif  Nazirliyi  ümumtəhsil müəssisələrində əməkdaşların ştat cədvəlində dəyişiklik edərək "Baş  müəllim"  və  "Aparıcı müəllim" vəzifələrinin tətbiqinə dair layihə hazırlayıb. Baş müəllimlər digər müəllimlərin fəaliyyətini idarə edəcək, fərdi təhsil planları işləyib hazırlayacaq və onların icrası  gedişinə nəzarət edəcək.  Aparıcı müəllimlər isə məktəbin digər işçlərinin pedaqoji hamisi olacaq.

 

Oruc MUSTAFAYEV