Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda fizika aylığı çərçivəsində Bakı İstanbul liseyinin şagirdləri ilə görüş keçirilib.

 

Görüş məktəblilərdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsini yüksəltmək məqsədilə təşkil olunub.

 

Tədbirdə şagirdlərə elmi müəssisənin fəaliyyəti, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri barədə, o cümlədən fizika sahəsində görülən işlərdən, əldə olunan  son  nailiyyətlər haqda ətraflı məlumatlar verilib.

 

                  

Sifai SƏFƏROVA