Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyi ilə əlaqədar olaraq “Azərbaycan nağılları” motivləri və yazıçı Mir Mehdi Seyidzadənin ədəbi mətni əsasında dahi Nizami Gəncəvinin “ İsgəndərnamə” poemasından “İsgəndər və çoban” nağılı üzərində hazırlanmış, regionda ilk uşaq operasının premyerası baş tutub.

 

Məktəbinin direktoru Şəmsiyyət Əsgərova çıxış edərək, tamaşanın məktəbin müəllimləri Əfsanə Lətifova, konsertmeysterlər Aytən Müslümova və Yetər Cabbarova, Pərvin İsmayılova, musiqi müşaiyətçiləri Elbrus Mustafayev və Elşən Qafarovun, direktor müavini Şəfa Abdullayevanın və məktəbin yaradıcı şagirdlərinin son iki ay ərzində davamlı məşqləri və gərgin çalışmaları sayəsində ərsəyə gəldiyini vurğulayıb. Tamaşanın Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyi münasibətilə hazırladıqlarını diqqətə çatdıran Ş.Əsgərova təşkilati dəstəyə görə Şəki Regional Mədəniyyət İdarəsinə və Şəki Regional Kollecinə təşəkkürlərini bildirib.

 

Sonra tamaşaya baxış keçirilib. Ş.Əsgərovanın quruluş verdiyi və yeniyetmə məktəblilərin ifasında oynanılan tamaşa iştirakçılarda xoş ovqat yaradıb.

 

 

Sifai SƏFƏROVA