ADPU-nun  nəzdində  Azərbaycan Dövlət Pedaqoji Kollecində  Tədris-metodika kabinetinin müdiri , fəlsəfə doktoru Fərqanə Əliyeva və Pedaqogika-psixologiya fənn birləşməsinin müəllimi Kifayət Mənsimovanın birgə hazırladığı “Pedaqogikadan elektron resurs” metodik vəsaitinin təqdimatı keçirilib.

 

Təqdimatı giriş sözü ilə kollecin direktoru, dosent İsrayıl İsgəndərov açıb. O, metodik vəsaitin nəfis tərtibatlı, müasir dərsin tələblərinə uyğun, pedaqoji baxımdan dəyərli olduğunu  bildirib.

 

Təqdimatda  müəlliflər elektron vəsaiti nümayiş etdirərək nə məqsədlə hazırlandığını, pedaqoji kadrların hazırlanmasında əhəmiyyətli olduğunu qeyd ediblər.

 

Sonra  kollecin müəllim heyəti və qonaqlar kitabın ərsəyə gəlməsinin ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbələri üçün lazımlı, günün tələblərinə uyğun şəkildə olduğundan söz açıblar.

 

Tədbir diskussiya şəklində başa çatıb

 

 

Şakir CƏFƏROV