Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş  tədbir keçirilib. NDU-nun Televiziya mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin məlumatına görə, öncə Naxçıvanın tarixi, mədəniyyəti, inkişaf yolu haqda film nümayiş etdirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki,  Azərbaycanın dövlətçilik tarixində Naxçıvan Muxtar Respublikası mühüm rola malikdir. Muxtariyyətin həm də Heydər Əliyev əmanəti olduğuna diqqət çəkən rektor onu da vurğulayıb ki, 95 illik yubileyin dövlət səviyyəsində qeyd olunması, eyni zamanda, Heydər Əliyev siyasi xəttinə dönməz sədaqətin bariz nümunəsidir.

 

İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor  Azad Bayramov Naxçıvanın muxtariyyəti məsələsinə toxunub. Muxtariyyətin Naxçıvana XX əsrin 20-ci illərində bölgədə baş verən ictimai-siyasi hadisələr, mürəkkəb, çətin və gərgin mübarizə nəticəsində verildiyi vurğulanıb.

 

Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti  Sevinc Abbasova qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamına əsasən muxtar respublikanın 95 illik yubileyi Naxçıvanda təntənəli şəkildə qeyd olunub, bu münasibətlə silsilə tədbirlər keçirilib.  Bildirilib ki, 20 ildən artıq dövrdə qədim diyar möhtəşəm inkişaf və tərəqqi yolu keçib.