Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibəti ilə Ədəbiyyat Muzeyində “Açıq qapı” günü keçirilib.

 

Gün ərzində bu elm və mədəniyyət ocağını 3482 insan ziyarət edib. Muzeyin əməkdaşları tamaşaçıları qarşılayaraq, onları ədəbiyyat və mədəniyyət dünyamızla tanış ediblər. Muzeyi orta məktəb şagirdləri, ali məktəblərin müəllim və tələbələri, əcnəbi qonaqlar ziyarət ediblər. Onlara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, muzeyin eksponatları, mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib.

 

Keçirilən aksiya vətəndaşların Azərbaycanın milli-mənəvi irsi ilə tanışlığına və cəmiyyətin mədəni maarifləndirilməsində muzeylərin rolunun dəstəklənməsinə yönəlib.

 

Beynəlxalq Muzeylər Günü münasibəti ilə AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Sergey Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzində də “Açıq qapı” günü təşkil olunub. Gün ərzində muzey mərkəzini çoxlu  sayda insan ziyarət edib.

 

Samirə KƏRİMOVA