Mayın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Cihazqayırma mühəndisliyi” kafedrasının təşkilatçılğı ilə Ümumdünya Metrologiya Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib.

 

“Metrologiyasız sənaye?!” mövzusunda keçirilən seminarı giriş sözü ilə açan “Cihazqayırma mühəndisliyi” kafedrasının müdiri, dosent Lalə Bəkirova ölkəmizdə metrologiya sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklərdən söz açıb. Bildirilib ki, son illər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mütərəqqi islahatlar nəticəsində ölkəmizdə metrologiya sahəsində də köklü dəyişikliklər edilib.

 

Seminarda qeyd olunub ki, ölkə başçısı tərəfindən həyata keçirilən qeyri-neft sektorunun inkişafına yönələn islahatlar müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və metrologiya sahəsinin inkişafı həlledici əhəmiyyətə malikdir.

 

Tədbirdə SOCAR-ın İstehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya şöbəsinin müdiri Azər Dadaşlı “Neft sənayesində metrologiyanın tətbiqi”, “Azərsun Holding”in baş metroloqu Rahim Muxtarov “Qida sənayesində metrologiyanın rolu”, “Optimum Metrology Services” MMC-nin laboratoriya müdiri Rahim Babayev “Tibb və metrologiya”, “Caspian Oilfield Services”-in QMS meneceri Şamil Səfərov “QMS and importance of metrology in achievement of the quality in industrial organization” və “RZ İnter”in baş mühəndisi Abuzər Aslanbekov “Diaqnostika və dağıdıcı olmayan nəzarət üsulu sahəsində metroloji təminatın vacibliyi” mövzularında çıxış ediblər.