Nazirlər Kabineti “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nı təsdiq edib. 

 

Həmin qaydalara görə, beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu “Təhsil haqqında” Qanununa uyğun olaraq, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə müəyyən edilmiş bütün ixtisaslar üzrə aparılır.

 

Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika üzrə respublika fənn olimpiadaları qaliblərinin qəbulu isə aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:

 

 Azərbaycan dili və ədəbiyyat fənni üzrə:

 

1.Azərbaycan dili və ədəbiyyatı müəllimliyi; 2. Məktəbəqədər təlim və tərbiyə; 3. İbtidai sinif müəllimliyi; 4. Korreksiyaedici təlim; 5. Filologiya (dil və ədəbiyyat göstərilməklə) jurnalistika; 7. Kitabşünaslıq

 

Tarix fənni üzrə:

 

Tarix; tarix müəllimliyi; tarix və coğrafiya müəllimliyi, antropologiya, politologiya;  fəlsəfə; kitabşünaslıq; sosiologiya; muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması;

 

Coğrafiya fənni üzrə:

 

1.Coğrafiya; 2. Coğrafiya müəllimliyi; 3. Tarix və coğrafiya müəllimliyi; 4. Regionşünaslıq (regionlar üzrə); 5. Ekologiya; 6. Hidrometeorologiya;

 

Riyaziyyat fənni üzrə:

 

1.Riyaziyyat; 2. Riyaziyyat müəllimliyi; 3. Riyaziyyat və informatika müəllimliyi; 4. Mexanika; 5. Kompüter elmləri; 6. Kompüter mühəndisliyi; 7. Mexatronika və robototexnika mühəndisliyi; 8. Enerji maşınqayırma mühəndisliyi; 9. Maşın mühəndisliyi; 10. Geofizika mühəndisliyi; 11. Neft-qaz qurğuları mühəndisliyi; 12. Elektroenergetika mühəndisliyi; 13. İstilik energetikası mühəndisliyi; 14. Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi; 15. Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi; 16. Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi; 17. Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi; 18. Gəmiqayırma və gəmi təmiri mühəndisliyi; 19. Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi; 20. Cihazqayırma mühəndisliyi; 21. Texnoloji maşın və avadanlıqlar mühəndisliyi; 22. Elektrik mühəndisliyi; 6 23. Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi; 24. Mexanika mühəndisliyi; 25. Kompüter mühəndisliyi; 26. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi; 27. İnşaat mühəndisliyi; 28. Nəqliyyat tikintisi mühəndisliyi; 29. Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi; 30. Statistika;

 

 

Fizika fənni üzrə:

 

 

1.Fizika; 2. Fizika müəllimliyi; 3. Mexanika; 4. Geofizika mühəndisliyi; 5. Elektroenergetika mühəndisliyi; 6. Elektrik mühəndisliyi; 7. Materialşünaslıq mühəndisliyi;

 

 

Kimya fənni üzrə:

 

 

1.Kimya; 2. Kimya müəllimliyi; 3. Kimya və biologiya müəllimliyi; 4. Ekologiya; 5. Qida məhsulları mühəndisliyi;

 

 

Biologiya fənni üzrə:

 

1.Biologiya; 2. Biologiya müəllimliyi; 3. Kimya və biologiya müəllimliyi; 4. Ekologiya; 5. Balıqçılıq və balıqçılıq təsərrüfatı işi; 6. Su bioehtiyatları və akvabitkilər; 7. Bitki mühafizəsi; 8. Aqronomluq; 9. Zootexniklik; 10. Baytarlıq; 11. Psixologiya; 12. Qida məhsulları mühəndisliyi;

 

 

İnformatika fənni üzrə:

 

 

1.Riyaziyyat və informatika müəllimliyi; 7 2. İnformatika müəllimliyi; 3. Kompüter elmləri; 4. Kompüter mühəndisliyi; 5. Proseslərin avtomatlaşdırılması mühəndisliyi; 6. İnformasiya texnologiyaları; 7. Sistem mühəndisliyi; 8. Mexatronika və robototexnika mühəndisliyi.