Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Hacıbəyovlar sülaləsinin iki görkəmli nümayəndəsi Soltan Hacıbəyovun 100 və onun oğlu İsmayıl Hacıbəyovun 70 illik yubileylərinə həsr olunmuş “Gənc musiqiçilərin Respublika festivalı”na yekun vurulub.

 

Festivala ölkənin 16 şəhər və rayonundan 160-a qədər gənc musiqiçi qatılıb. Onlar üç yaş qrupu və iki nominasiya - fortepiano və vokal üzrə çıxış ediblər. Akademiyanın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən seçilən 13 iştirakçı müsabiqənin laureatı, 39 nəfəri isə diplomant adını qazanıblar.

 

Tədbirdə məktəb-studiyanın Uşaq Musiqi Teatrının hazırladığı Soltan Hacıbəyovun “İsgəndər və çoban” uşaq operasının yeni versiyasının tamaşası nümayiş olunub.

 

Sonda 13 gənc laureatın ifası tamaşaçılarda xoş ovqat yaradıb.

 

Sifai  SƏFƏROVA