“Azərbaycan ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin müvafiq ölkələr üzrə rəhbərləri, o cümlədən Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin departament rəhbərinin müavini Bruno Kurval, Litvanın Araşdırma və Ali Təhsilin Monitorinq və Analiz Mərkəzinin direktoru Qedrüs Vilünas, Tvinninq layihəsinin müşaviri xanım Liza Baydanova və Latviyanın Akademik Məlumat Mərkəzinin direktoru xanım Baiba Ramina Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.

 

Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov universitetdə həyata keçirilən islahatlar, yeniliklər, layihələr haqqında və qarşıda duran vəzifələr barəsində ətraflı məlumat verib.

 

Sonra layihənin ali təhsil müəssisələrinin inkişafında rolu və Avropa təhsil sisteminə inteqrasiya istiqamətində atılan addımlar, eləcə də qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

 

Qonaqlar dəvətə görə təşəkkürlərini bildirib, mövcud əlaqələrin genişləndirilməsini dəstəkləyərək, birgə əməkdaşlığın gələcək inkişafına əmin olduqlarını qeyd ediblər.