Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində Xəzər rayon uşaq və yeniyetmələri arasında “İstedad – 2019” devizi altında yaradıcılıq festivalının final mərhələsi keçirilib.

 

Mədəniyyət evi və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşan festival 4 istiqamət - bədii qiraət, rəqs, musiqi alətlərində ifa, solo ifa üzrə olub.

 

Festivala Xəzər rayonunda yerləşən məktəblərdə təhsil alan şagirdlər qatılıblar. Qalibləri müəyyən edən münsiflər heyəti şagirdlərin ifalarını dəyərləndirib.

 

Festivalın keçirilməsində məqsəd istedadlı gəncləri qiymətləndirmək, onları sevdikləri sahələrə  yönəltməkdir.

 

Sonda qaliblərə  diplom və hədiyyələr  verilib.

 

 

  Sifai  SƏFƏROVA