“Samsung” şirkəti şaquli ekranla təchiz edilmiş yeni “Sero”  adlı televizorunu təqdim edib. Bu barədə Cənubi Koreya şirkətinin mətbuat xidmətindən məlumat verilib.

 

www iz.ru saytının məlumatına görə,  “Sero” televizorunun köməyi ilə sosial şəbəkələrdəki videoları izləmək rahatdır. Bunun üçün onu NFC modul vasitəsilə smartfona qoşmaq lazımdır. Televizoru, həmçinin üfüqi çevirmək də mümkündür. Bundan başqa, “Sero” televizoru istifadə edilmədikdə rəqəmli fotoçərçivə və ya saata çevrilə bilər.

 

Yeni televizorun mayın sonunda satışa çıxarılacağı gözlənilir.