Cənubi Koreyanın Busan şəhərində fəaliyyət göstərən “IsProbe” startapı dəriyə toxunmadan bədən temperaturunu ölçməyə imkan verən “ağıllı” termometr hazırlayıb.

 

www.news.zborg.ru saytının məlumatına əsasən, ağıllı “BoomCare” termometri dəriyə toxunmadan bədən temperaturunu infraqırmızı ötürücü vasitəsilə dəqiqliklə ölçür və smartfonla işləyir.