Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin pedaqoji və şagird kollektivinin 2018-2019-cu tədris ili üzrə yekun hesabat konserti keçirilib.

 

Konsertdə məktəbin müəllim və şagirdlərinin ifasında Azərbaycan xalq mahnıları və dünya bəstəkarlarının əsərləri səslənib. Qeyri-adi istedadı və məharətli çıxışlarına görə  fərqlənən şagirdlərə fəxri fərmanlar təqdim olunub.

 

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Yeniyetmələr bildiriblər ki, onları qarşıda  böyük, izdihamlı konsert salonları gözləyir və beynəlxalq tədbirlərə qatılmaq üçün səylə çalışacaqlar.  

 

 

  Sifai  SƏFƏROVA