Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır. Bu barədə Dövlət İmtahan Mərkəzindən  (DİM) məlumat verilib.

 

Məlumatda bildirilib ki, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib 2019-cu il iyunun 3-dən 10-dək qeydiyyatdan keçməlidirlər.

 

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaq.

 

Məlumatda o da vurğulanır ki, ixtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcək.