Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, akademik Nazim Məmmədov İspaniyanın Barselona şəhərində təşkil olunmuş Spektroskopik ellipsometriya sahəsində yüksək səviyyəli “8-ci beynəlxalq spektroskopik ellipsometriya” konfrasında iştirak edib.

 

N.Məmmədov beynəlxalq konfransda “Yeni Antiferromaqnit və klassik 3 D topoloji izolyatorlarda plazmaların infraqırmızı spektroskopik ellipsometriyası və optik spektroskopiyası” mövzusunda dəvətli məruzə ilə çıxış edib.  

 

Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.