Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK)  “Məzun günü” qeyd edilib.

 

Tədbirdə  BİTK-nin fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak ediblər.

 

Kollecinin direktoru, dosent Faiq Şahbazlı ölkəmizdə ulu öndər Heydər Əliyevin hər zaman elm, təhsil sahəsinin inkişafına böyük önəm verdiyini  və bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

 

Kollecdə  oxuyan tələbələrin uğurlarından söz açan F.Şahbazlı “Məzun günü” münasibətilə tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar  arzulayıb.

 

Tədbirdə məzunlar   təhsil  illərində onlara  elm verən,  diqqət  və qayğı göstərən müəllimlərinə öz  təşəkkürlərini bildiriblər.

 

Şakir CƏFƏROV