Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu İxtisaslaşdırılmış Elmi Şurasının iclası keçirilib.

 

İnstitutun magistrləri  təqdim etdikləri dissertasiya işlərini Fərqlənmə Diplomu  ilə başa vurublar.

 

“Böyük Qafqazın cənub-şərq gömülmə zonası landşaftlarının differensassiya xüsusiyyətləri”, “Azərbaycanda baramaçılığın davamlı inkişafının iqtisadi-coğrafi aspektləri” və “Böyük Qafqazın şimal-şərq yamacında iqlim şəraitinin qiymətləndirilməsi” mövzularını əhatə edən magistrlik dissertasiyaları Landşaftşünaslıq, İqtisadi və sosial coğrafiya, İqlimşünaslıq ixtisasları üzrə müdafiə olunub.