Bakının Səbail rayonunda yerləşən 239-nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri keçirilib. Mərasimdə məktəbin müəllim- şagird kollektivi ilə yanaşı Səbail rayon icra hakimiyyətinin nümayəndələri, təhsil işçiləri, valideynlər və digər şəxslər iştirak edib.

 

Öncə onbirincilər məktəbdə yerləşən Heydər Əliyev lektoriyasında olub, birincilərin onlar üçün hazırladığı fləşmoba baxıblar.

 

Məktəbin həyətində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

 

Sonra meydana Dövlət Bayrağı gətirib.

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sədaqət Əzimova məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Respublikamızda aparılan təhsil islahatlarından danışan direktor ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə və təhsil işçiləri nə göstərdiyi diqqət və qayğıdan söz açıb. Məktəbin uğurlarından da danışan Sədaqət Əzimova qeyd edib cari ildə tədris ocağının şagirdləri istər buraxılış imtahanlarinda, istərsə də qəbul imtahanlarında yüksək nəticələr əldə edib. Direktor onu da diqqətə çatdırıb ki, bu il məktəbi 4 sinif üzrə 80 nəfər şagird bitirib. Məzunlardan 4 nəfəri ali məktəblərə qəbul imtahanlarının ilk mərhələsində 600- dən çox bal toplayıb. Milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində görülən işlərdən də danışan direktor cari ildə keçirilən tədbirlərdən də söz açıb.

 

Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin şöbə müdiri Rövşən Süleymanov, Badamdar qəsəbə bələdiyyəsinin sədr müavini Fəxrəddin Quliyev,  Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Səbail rayon komitəsinin sədri Mükafat Abbasov, təqaüddə olan müəllimlər  və digərləri məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

 

Tədbirdə onbirincilərin ifasında mahnılar səsləndirilib, şeirlər söylənilib.

 

Məktəbin rəmzi açarı onbirincilər tərəfindən birincilərə təqdim edildikdən sonra "Son zəng" çalınıb.

 

Niyazi RƏHİMOV