Azərbaycan Tibb Universitetində (ATU) növbəti tədris ilinin dərs cədvəlində aparılacaq yenilik və dəyişikliklərlə bağlı II müalicə-profilaktika fakültəsinin tələbələri ilə görüş keçirilib.

 

Tədbirdə dərs cədvəlində nəzərdə tutulan dəyişikliklər və fasilələr arasında müddət tələbələrin geniş müzakirəsinə səbəb olub. Bu barədə müxtəlif təkliflər irəli sürülüb.

 

Təkliflər arasında əvvəlki dərs cədvəlinin tətbiq olunması fikrini səsləndirənlər də olub. Səsləndirilən fikirlərin nəzərə alıncağı iştirakçıların diqqətinə çatdırılıb.

 

Sifai SƏFƏROVA