Dövlət İmtahan Mərkəzi (DIM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyulun 7-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.

 

Mərkəzdən verilən məlumata görə, qruplar üzrə qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları ilə (Azərbaycan və rus bölmələri) aşağıdakı linkə http://dim.gov.az/upload/iblock/d03/d03e27845e6dcf744edfac135d7f3e42.pdf  daxil olmaqla baxmaq mümkündür. 

 

Qeyd edək ki, II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən imtahanların nəticələri yaxın iki həftə ərzində elan olunacaq.