Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) bakalavriat səviyyəsinin tələbələri üçün keçirilən “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi,  perspektivlər” adlı 2-ci beynəlxalq yay məktəbi davam edir.

 

ADAU-dan verilən məlumata görə, ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad  Babadoost yay məktəbi iştirakçılarına mühazirə deyib. M.Babadoost dünyada aqrar təhsil, aqrar təhsilin inkişaf tarixi, təhsilin səviyyələri, ölkəmizin kənd təsərrüfatı potensialı barədə danışıb.

 

Sonda  professor M.Babadoost tələbələrin suallarını cavablandırıb.