Gələcək iş yerlərinə necə hazırlaşmaq olar?


Gələcəkdə, 11 il sonra,  2030-cu ildə sizə karyeranızda  hansı bacarıqlar   lazım olacağını  bilirsinizmi?  2030-cu ildə çox böyük ehtimal ki, siz hazırda hətta mövcud olmayan bir iş yerində işləyəcəksiniz. Biz hələ uçan avtomobillərin yaradılması və ya  dünyada ilk zaman maşınının ixtira olunmasından danışmırıq. İş  dünyası sürətlə  inkişaf edir, bu,  o deməkdir ki, sizə aydınlaşdırmaq lazımdır: əvvəlcədən təsəvvür etmək çox  çətin olan  gələcək iş yerlərinə necə hazırlaşmaq olar? 
Əlbəttə, heç kimi bizə hansı bacarıqların lazım olub-olmadığını  dəqiq  söyləyə  bilməz.  Bununla belə,   gələcək karyeranızda müvəffəqiyyət qazanmaq üçün lazım olacaq 5 bacarıq barədə məlumat vermək mümkündür.

    

 

Koqnitiv çeviklik

 

Rəqəmsal texnologiyaların artması o deməkdir  ki, siz çoxsaylı imkan  və onların yaratdığı  problemlərin öhdəsindən gəlməli olacaqsınız.  Sizin çoxsaylı mürəkkəb ideyaları eyni zamanda konseptləşdirmək və dəyişikilklərə uyğunlaşmaq qabiliyyətiniz  varmı?  Əgər varsa,  onda siz işəgötürənlər və rekruterlər tərəfindən yüksək qiymətləndirilən keyfiyyətləri göstərirsiniz.

 

 

Rəqəmsal savad və hesablama düşüncəsi

 

 

Bir halda ki,  dünya əvvəlki kimi yüksəktexnologiyalı və daim inkişaf edən texnologiyalara güvənir, rəqəmsal texnologiyalara ehtiyac həmçinin artır.
Siz, şübhəsiz ki,  STEM haqqında eşidirsiniz, amma  SMAC (social, mobile, analytics və cloud) barədə məlumatınız varmı?  Hərçənd belə  görünə bilər ki, bizi rəqəmsal dəbdə olan sözlərlə "bombardman"  edirlər, amma rəqəmsal  savad  nə vaxtsa mümkün hesab edilən yeni texnologiyalar -  süni intellekt (AI), maşın təlimi,  əşyaların interneti (IoT) və elm haqqında  məlumatlar almağı  mümkün edir.

 

"Bizə 21-ci əsrin çox mümkün ki, hələlik üzləşmədiyimiz problemlərini həll edə biləcək alimləri öyrətmək lazımdır", -deyə Vitvatersranda Universitetinin rektoru    professor Adam Həbib bildirir.


"Kasıbçılıq,  işsizlik və qeyri-bərabərlik zonalarının  üstündən aşmaq üçün bizə zəruri olan texnologiyaları inkişaf etdirmək naminə müxtəlif sektorlarda işləməliyik,  eyni zamanda bəşəriyyət üçün prioritet olan yeni dünya nizamını  yaratmalıyıq".

 

Süni intellekt və ya elektron elm sahəsində magistr dərəcəsi bacarıqlarınızn rəqəmsal dəstini inkişaf etdirməkdə sizə kömək edə, verilənlərin və tədqiqatların vizuallaşmasından tutmuş hesablama intellektinə qədər müxtəlif sahələrdə sizin texniki zirəkliyinizi sürətləndirməyə kömək göstərə  bilər.

 

  

Qərarların müzakirə və qəbul olunması

 

 

Ola bilsin ki, robotlar və avtomatlaşdırma texnologiyaları hesablamalar və diaqnostik qərarlar  kimi   başqa üsullarla insanlardan daha yaxşı işləsin, ancaq  insanlar onsuz da məlumatların  analizinin subyektiv tərəfi kimi əhəmiyyət kəsb  edəcək. Nəzərə alsaq ki, biz dördüncü sənaye inqilabının astanasındayıq,  bizə hələ də dünyaya rəqəmlər və onların əhəmiyyətini göstərə bilən insanlar lazımdır. 

 

 

Emosional və sosial intellekt

 

 

Rəqəmsal texnologiyalar və  süni intellektlə əvəz edilməsi mümkün olmayan emosional və sosial intellekt unkal insani  imkanlar olaraq qalmaqdadır.  Bəzi  sektorlarda bu keyfiyyətlər həlledici əhəmiyyətə malikdir.  Səhiyyədə iş yerlərinə tələbat, məsələn, artır. Bəzi sahələr isə hər zaman  insan elementi tələb edəcək.  Sizin gələcək işiniz, ehtimal ki, başqalarla sıx əməkdaşlığı özündə ehtiva edəcək, ona görə də empatiya- əməkdaşlıq etmək qabiliyyəti, həmçinin əla  ünsiyyət bacarıqları sizə şübhəsiz çox  lazım olacaq.

 

 

Yaradıcı və yenilikçi düşüncəsi

 

 

Dünya İqtisadi Forumunun robotların ixtisar deyil,  daha çox iş yeri yaradacağına dair  2018-ci il hesabatına baxmayaraq,  siz  öz yaradıcı bacarıqlarınızın öhdəsindən yaxşı gələcək və innovativ düşüncə tərzinizi dəstəkləyə biləcəksiniz. 
Sosial intellekt kimi təbii yaradıcılıq ən yeni rəqəmsal texnologiyalarla asanlıqla hasil edilə bilməz. Nə qədər ki, qeyri-standart düşünə bilirsiniz, siz qaydasında olacaqsınız.

 

Ona görə də qeyri-standart düşünməyə də yer ayırın.

 

 

Oruc MUSTAFAYEV