Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən “Musiqi sənəti” istiqamətli ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib.

 

Mərkəzdən bildirilib ki, “Musiqi sənəti” istiqaməti üzrə tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən 33, 34 və 39-cu komissiyaların ikinci, 38-ci komissiyanın birinci imtahanı olan “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən qəbul imtahanı bu il test üsulu ilə keçiriləcək. Bu imtahanın Bakı şəhəri üzrə 47 saylı tam orta məktəbdə təşkili nəzərdə tutulub.

 

23 iyul 2019-cu il tarixində baş tutacaq test imtahanının vaxtı saat 10:00-dan 12:00-a keçirilib.