“Üfüq” Gənclərin İnkişafı Naminə Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əhalinin sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində növbəti seminar keçirib.

 

“Sağlamlıq gülüşlə başlayar” adlı seminarda layihənin eksperti Ümidə Rəhimova, 34 saylı tam orta məktəbin müəllim heyəti və 50 nəfər yeniyetmə iştirak ediblər.

 

Seminarda layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verilib. Bildirilib ki, layihənin məqsədi Bakı şəhərində, ali və orta məktəblərdə tələbə və şagirdlər arasında seminarlar təşkil etmək və onları bu sahədə maarifləndirməkdir.

 

Sonda ekspert tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılıb.