İyul ayının 16-dan 20-dək Türkiyə Cümhuriyyətinin Kütahya Dumlupınar Universitetində “Ümumiləşmiş Morri tipli fəzalarda operatorlar və tətbiqləri”  adlı beynəlxalq elmi konfrans keçirilib.

 

13 müxtəlif ölkədən 32 elm adamının iştirak etdiyi bu tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun (NMİ) da 3 nəfər əməkdaşı -  professor Yaqub Məmmədov, dosent Sahib Əliyev və gənc tədqiqatçı-doktorant Vüqar Həmzəyev iştirak ediblər.

 

İnstitut əməkdaşlarının məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar ətraflı cavablandırılıb.