Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Azərbaycan və Çin dillərində tələbə əsərlərinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.  

 

Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusunun yaranmasının 92-ci ildönümü və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyi ilə bağlı keçirilən tədbir Sun Dzınin “Müharibə sənəti - Mənim sevimli aforizmim” mövzusuna həsr olunub.

 

Əsərlər dil bilmə səviyyəsinə, ədəbi və bədii üslubun xüsusiyyətlərinə və məzmunun özünəməxsusluğuna görə qiymətləndirilib.

 

Konfutsi İnstitutunun direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov Azərbaycan-Çin hərbi-siyasi və hərbi-texniki əlaqələrin inkişaf perspektivləri, İpək yolunun dirçəldilməsində Azərbaycanın geostrateji rolu, Çin hərbi-sənaye kompleksinin modernləşdirilməsinin hərbi-siyasi prioritetləri, Avrasiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edib.

 

Müsabiqənin qalibləri ADU-nun Konfutsi İnstitutunun kurslarında pulsuz Çin dili dərsləri hüququ alıblar.