Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Mərkzədən bildirilib ki, orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar 2019-cu il avqustun 8-dən 23-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

 

DİM xəbərdarlıq edir ki, abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.