2018-2019-cu tədris ilində Neftçala rayonunun 28 tam orta məktəbini 506 şagird bitirib. Onlardan 315 nəfəri ali və orta ixtisas təhsili məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edib.

 

Təhsil şöbəsindən verilən məlumata görə, məzunlardan 223 nəfəri test suallarını düzgün cavablandıraraq respublikanın müxtəlif təhsil ocaqlarına qəbul olub. On nəfər 600-dən yuxarı, 34 nəfər isə 500-600 arası bal toplayıb.

 

Rayon üzrə ən yüksək nəticəni humanitar təmayüllü “Muğan” liseyinin məzunu Hüseyn Abızadə əldə edib. O, 650 bal toplayaraq Bakı Ali Neft Məktəbinin neft- qaz mühəndisliyi fakültəsinə qəbul olub.

 

 

Şakir CƏFƏROV