Avropa Birliyinin (AB) ERASMUS+K2 ali təhsil-beynəlxalq potensialın əlaqələndirilməsi mərkəzinə təqdim edilən beynəlxalq qrant layihələrinin nəticələri elan edilib. Nəticələrə əsasən 840 layihədən, 163 layihə qalib olub.

 

Qalib layihələr içərisində Azərbaycan Texniki Universitetinin (AzTU) də yer aldığı “Innovativ və davamlılıq prinsipləri ilə klasterlərin inkişafında təşəbbüs və iştirak etmənin universitetlərin potensialının artırılmasında rolu” - UniClaD adlı qrant layihəsi  qalib elan edilib.

 

Litvanın Kaunas Tədbiqi Elmlər Universitetinin koordinatorluğu ilə yerinə yetiriləcək layihədə Azərbaycan və Moldava ilə yanaşı, AB-dən İtaliya, Macarıstan, İspaniya, Litva, Polşa və Avstriya universitetləri iştirak edəcək. Layihə 2019-cu ilin noyabr ayından fəaliyyətə başlayacaq və 3 il davam edəcək.

 

Qeyd edək ki, layihənin məqsədi partnyor ölkə universitetlərində ali təhsilin idarə edilməsi, palanlaşdırma, maliyyə imkanları, idarəcilik, klasterlərinin yaradılması və s. inkişaf etdirməkdir.