Bu il çoxlu sayda abituriyent qəbul imtahanı zamanı 500 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) seçib.

 

Universitetdən verilən məlumata görə, Masallı rayonunun Miyankü kəndindən Şahin Rzayev 585 bal (“Riyaziyyat və informatika müəllimliyi” ixtisası),

 

 

 

 

 

 

 

 

 

 

 

Bakıdan Şəlalə Eyvazlı 545 bal (“İbtidai sinif müəllimliyi” ixtisası),

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bərdə rayonunun Gərənə kəndindən Aytac Həsənli 542 bal (“Riyaziyyat və informatika müəllimliyi” ixtisası),

 

 

 

 

 

 

 

 

 

 

 

Sumqayıtdan Nuranə Qəribova 539 bal (“İbtidai sinif müəllimliyi” ixtisası),

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakıdan Nərmin Qürbətova 531 bal (“İbtidai sinif müəllimliyi” ixtisası),

 

 

 

 

 

 

 

 

 

 

 

Sabirabad rayonunun Güdəcühür kəndindən Ziba Səmidova 526 bal (“Kimya və biologiya müəllimliyi” ixtisası),

 

 

 

 

 

 

 

 

 

 

 

Masallı rayonunun Alışanlı kəndindən Zeynəb Həsənzadə 504 bal toplayaraq (“Kimya və biologiya müəllimliyi” ixtisası) ADPU-ya qəbul olunublar.