24 oktyabr 2019-cu il tarixində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə dahi dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 137 illiyinə həsr edilən “Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.

 

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 15 sentyabr 2019-cu il tarixinədək məruzələrinin tam mətnlərini [email protected] (ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 26. tel.: (+994 12) 492 06 57) elektron ünvanına göndərə bilərlər.

 

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.