Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Avqustun 15-dən başlayan bu proses www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 19 234 müraciət daxil olub. Onlardan 13 760 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 5192 sorğu baxılma mərhələsindədir, 282 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.