AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə 07-18 oktyabr 2019-cu il tarixlərində Coğrafi İnformasiya Sistemləri üzrə təlimlər  (ArcGIS-3 proqram təminatı) keçiriləcək.

 

Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyəti artıq ikinci dəfədir ki, bu təlimi keçirir.

 

Təlim Avstraliyanın Sidney şəhəri, Macquarie Universitetinin müəllimi professor Əli Əkbər Rəsuli tərəfindən keçiriləcək. Təlimçi haqqında bu linkdən ətraflı məlumat əldə etmək mümkündür ( http://www.prof-aarasouli.com).

 

Qeyd edək ki, sonda iştirakçılara sertifikat veriləcək.

 

Əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət etmək olar-[email protected],  mob.(050) 451 79 15.