IX sinif buraxılış imtahanının II mərhələsi və “Azərbaycan dili” fənni üzrə imtahan verən şagirdlərin nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrın 8-də Bakı və Gəncə şəhərlərində əlavə imtahanlar keçirilib.

 

9-cu sinif buraxılış imtahanının II mərhələsi, həmçinin Azərbaycan dili imtahanı (Azərbaycan dilindən fərqli bölmə üzrə təhsilalanlar üçün) verən şagirdlər nəticələri ilə aşağıdakı linklərdə tanış ola bilərlər:

 

9-cu sinif buraxılış imtahanının II mərhələsinin nəticələri: http://eservices.dim.gov.az/2019/netorta/?frm=egov;

“Azərbaycan dili” fənni üzrə imtahanın nəticələri:

http://eservices.dim.gov.az/2019/netazd/?frm=egov

 

Qeyd olunan imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Xatırladaq ki, dünən keçirilən 9-cu sinif buraxılış imtahanının I mərhələsi, həmçinin 11-ci sinif buraxılış imtahanında iştirak edən şagirdlərin nəticələri də yaxın 3 gün ərzində elan olunacaq.