Bakı Biznes Mərkəzində Azərbaycan Dillər Universiteti (ADU) ilə Boris Yeltsin adına Ural Federal Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

Müqavilə tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, bərabərlik, qarşılıqlı fayda əldə edilməsi, qarşılıqlı anlaşma, hörmət və etibar prinsipləri əsasında yüksək ixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişafı, akademik, elmi və mədəni əlaqələrin qurulması, elmi araşdırma və təhsil sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla tərəflər arasında imzalanmış müqaviləni yüksək qiymətləndirib. Rektor gələcəkdə bir çox birgə layihələrin həyata keçiriləcəyinə, tələbə mübadiləsinin reallaşacağına ümidvar olduğunu deyib.

 

Ural Federal Universitetinin rektoru Viktor Kokşarov  əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib, birgə fəaliyyətin faydalı olacağına əminliyini bildirib.

 

Sonra Ural Federal Universitetinin əməkdaşları Dillər Universitetində olublar.