UNESKO-nun Çin Xalq Respublikası ilə birgə 2019/2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri elan edilib. Proqram üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri   Sahil Qələndərovun namizədliyi təsdiqlənib.

 

S.Qələndərovun Çinin Şansi Pedaqoji Universitetində Çin dili üzrə hazırlıq mərhələsi keçdikdən sonra “Kurikulum və metodologiya” ixtisası üzrə magistraturada təhsil alması nəzərdə tutulub.

 

Təqaüd proqramı çərçivəsində tələbənin təhsil haqqı, yataqxana, eləcə də aylıq təqaüd və tibbi sığorta xərcləri Çin tərəfindən, yol xərci isə UNESKO tərəfindən qarşılanacaq.