Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün keçirdiyi əlavə imtahanların nəticələrini açıqlayıb.

 

9-cu sinif üzrə buraxılış imtahanının I mərhələsi, həmçinin 11-ci sinif üzrə buraxılış imtahanı verən şagirdlər nəticələri ilə aşağıdakı linkdən tanış ola bilərlər:

 

http://eservices.dim.gov.az/2019/netorta/?frm=egov

 

Qeyd olunan imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.