Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin Qazax filialında olub. O, filialın binası, auditoriya və laboratoriyaları maddi-texniki bazası ilə yaxından tanış olaraq, rəhbərlik və professor-müəllim heyəti ilə geniş söhbətlər aparıb, auditoriyalarda tələbələrin bilik səviyyəsi ilə maraqlanıb.

 

Rektor gələcək inkişaf perspektivləri haqqında məlumat veriib və bildirib ki, filialın inkişafı üçün bütün mümkün işlər görüləcək.     

 

Qeyd edək ki, 2016-cı ildə fəaliyyətə başlayan Qazax filialında 31 dərs auditoriyası, 2 kompüter otağı, 2 fənn laboratoriyası, 1 fənn kabineti, 2 oxu zalı, idman zalı və digər tədris vasitələri tələbələrin ixtiyarındadır.  Filialda çalışan 179 əməkdaşdan 95 nəfəri professor-müəllim heyətidir. Əməkdaşlardan  3 nəfər professor, 20 nəfər elmlər namizədi-dosent, 12 nəfər baş müəllim, 59 nəfər isə müəllim kimi fəaliyyət göstərir.

 

Yeni tədris ilində filiala respublikanın 58 rayonundan 552 tələbə qəbul olunub,  17 ixtisas üzrə 1480 tələbə təhsil alır. Bu il ilk dəfə olaraq 4 ixtisasa magistr qəbulu aparılıb.