Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına “Çincə-Azərbaycanca lüğət” təqdim olunub. Lüğəti professor Rəşad Kərimov hazırlayıb. Çində bakalavr və magistr təhsili alan R.Kərimov bu lüğət üzərində 2002 – ci ildən çalışaraq “Müasir Çin dili lüğəti “nin təcrübəsindən faydalanıb. Lüğətin hazırlanma zərurəti isə Çində təhsil alan azərbaycanlı tələbələrin ünsiyyət sarıdan üzləşdiyi çətinliklərdən yaranıb.

 

Lüğət Mərkəzi Elmi Kitabxananın oxucularının istifadəsinə verilib.