ABŞ-ın  Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Riçard Pinkham   cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub.

 

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov cənab Riçard Pinkhama universitetdə son illərdə təhsilin səviyyəsinin keyfiyyətcə yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, cari təhsil ilində LDU-da iki yeni tədris korpusu və 160 yerlik yataqxana inşa olunaraq tələbələrin ixtiyarına verilib.Universitetin özünün turizm tədris bazası,modern laboratoriyaları,təcrübə sahələri mövcuddur. LDU hazırda Türkiyənin və Avropanın 40-dən artıq ali təhsil müəssisəsi ilə elmi əməkdaşlıq edir.Universitet rəsmisi ABŞ –ın təhsil sektorunun dünyada öncül olduğunu və bu sektorla ikitərəfli əlaqənin LDU üçün olduqca səmərəli ola biləcəyini qeyd edib.

  

R.Pinkham öz növbəsində səfirliyin hazırda fəaliyyətdə olan təhsil proqramlarından danışıb,  tələbə və müəllim mübadiləsinə imkan yaradacaq layihələrin reallaşmasına  yardımçı olacağını vəd edib.